Bank Of Baku

Azərbaycandakı laboratoriyalar ölkədə istehsal edilən fındığın tərkibində aflatoksin maddəsinin olduğunu təsdiqləyib

Azərbaycandakı laboratoriyalar ölkədə istehsal edilən fındığın tərkibində aflatoksin maddəsinin olduğunu təsdiqləyib
# 15 oktyabr 2009 15:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bir neçə ildir Azərbaycanın xaricə ixrac etdiyi fındığın tərkibində aflatoksin maddəsi aşkar olunur. «APA-Economics»in bildirdiyinə görə, bunu Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşündə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

R.Həsənovun sözlərinə görə, Komitənin apardığı laborator müayinələr zamanı problem üzə çıxıb: «Bu, fındığın saxlanma şəraiti və daşınmadakı problemlərlə bağlıdır. Bu günədək ölkədə 2 min tona yaxın fındıq yığılıb və bu məhsulun böyük hissəsində aflatoksin aşkarlanıb».

Qeyd edək ki, bir neçə il əvvəl Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti Azərbaycandan fındıq məhsullarının idxalını bu məhsulda aflatoksinin aşkarlanması ilə əlaqədar dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR