Bank Of Baku

Yaxın günlərdə Tərtərdə süd zavodu istifadəyə veriləcək

Yaxın günlərdə Tərtərdə süd zavodu istifadəyə veriləcək
# 17 oktyabr 2009 01:56 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu - APA. Tərtərdə inşa olunan süd zavodu yaxın günlərdə istifadəyə veriləcək.

APA-nın Qarabağ bürosunun məlumatına görə, müəssisədə ən müasir texnologiyalardan ibarət avadanlıqların qurulması prosesi gedir. Ümumi gücü sutkada 10 ton süd istehsalına bərabər olan zavodun rayon ərazisində bir neçə qəbul məntəqəsi fəaliyyət göstərəcək. Xammal əhalidən nağd ödənişlərlə alınacaq. Eləcə də ətraf rayonlardan da süd qəbulu planlaşdırılır.

Tərtər rayon İcra Hakimiyyətindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, müəssisədə 175 nəfər yerli sakin işlə təmin olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR