Bank Of Baku

Böhran dövründə Rusiyada araq istehlakı artıb

Böhran dövründə Rusiyada araq istehlakı artıb
# 19 oktyabr 2009 09:56 (UTC +04:00)
Bakı – APA-Economics. “Nielsen” beynəlxalq analitik agentliyi qlobal maliyyə böhranı dövründə Rusiyanın istehlak bazarındakı vəziyyətlə bağlı hesabatını açıqlayıb.
APA-Economics”in Rusiya mətbuatına istinadən xəbərinə görə, böhrandan ziyan çəkməyən yeganə sahənin tünd alkoqollu içkilər, ilk növbədə araq satışı olduğu üzə çıxıb. Belə ki, böhran dövründə araq və digər tünd alkoqollu içkilərin qiyməti 5% artıb. Bunun səbəbi isə əksər rusların restoran və digər yeməkxanalara getməkdən imtina etməsi ilə bağlıdır: “Böhran dövründə insanlar evdə içməyi üstün tutduğundan, alkoqollu içkiləri mağazalardan alırlar”.
“Nezavisimaya qazeta”ya açıqlama verən digər ekspertlər isə Rusiyada araq istehlakının artımını böhran dövründə həyati çətinliklərin və bundan doğan psixoloji gərginliyin artması ilə izah etməyə çalışıblar.
“Nielsen”in hesabatına görə, böhranın əvvəlindən bəri Rusiya əhalisinin 80%-i ərzaq məhsullarının alışında qənaət etməyə başlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR