Bank Of Baku

Azərbaycanda regionun ən iri soyuducu anbar kompleksi inşa olunur

Azərbaycanda regionun ən iri soyuducu anbar kompleksi inşa olunur
# 19 oktyabr 2009 15:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İnvestisiya Şirkəti (AIC) və İslam İnkişafı Korporasiyası (ICD) tərəfindən təsis edilən Xəzər Beynəlxalq İnvestisiya Şirkəti (CIIC) ölkədə meyvə-tərəvəz və digər ərzaq məhsullarının saxlanması üçün ən iri soyuducu anbar kompleksinin inşası layihəsində iştirak edir. «APA-Economics»in məlumatına görə, bunu CIIC-nin icraçı direktoru Toğrul Köçərli bildirib.

Onun sözlərinə görə, CIIC Samux rayonunda tikilən meyvə-tərəvəz və digər ərzaq məhsullarının saxlanması üçün regionda ən iri soyuducu anbar kompleksinin inşasında iştirak edir: «Anbarın ümumi tutumu 25 min ton olacaq. Layihə isə iki mərhələdən ibarətdir ki, ilkin mərhələ üçün CIIC 2,9 mln. manat ayırıb. Hazırda layihənin ikinci mərhələsinə başlanılıb. Bu mərhələdə CIIC 3,6 mln. manat ayıracaq. Ayrılan vəsait əsasən müasir tipli avadanlıqların alınmasına sərf olunacaq».

T.Köçərli onu da bildirib ki, layihənin sonunda CIIC-nin layihədəki payı 36%-ə çatacaq.

Xatırladaq ki, AIC ilə ICD arasında şəriət prinsipləri əsasında fəaliyyət göstərəcək müştərək investisiya şirkətinin yaradılmasına ilə bağlı qərar 2007-ci ilin noyabr ayında AİŞ-in Müşahidə Şurasının iclasında qəbul edilib. Hazırda şirkətin nizamnamə kapitalı 23 mln. manat təşkil edir ki, gələcəkdə bu rəqəm 55 mln. manata çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR