Bank Of Baku

Xəzər Beynəlxalq İnvestisiya Şirkəti Azərbaycanda kahı istehsalı layihəsinə qoşulmaq niyyətindədir

Xəzər Beynəlxalq İnvestisiya Şirkəti Azərbaycanda kahı istehsalı layihəsinə qoşulmaq niyyətindədir
# 20 oktyabr 2009 06:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İnvestisiya Şirkəti (AIC) və İslam İnkişafı Korporasiyası (ICD) tərəfindən təsis edilən Xəzər Beynəlxalq İnvestisiya Şirkəti (CIIC) ölkənin kənd təsərrüfatı sahəsində yeni layihənin icrasında iştirak etmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu CIIC-nin icraçı direktoru Toğrul Köçərli bildirib.

Onun sözlərinə görə, CIIC kahı istehsalı layihəsinə qoşulmaq niyyətindədir ki, hazırda bununla bağlı son təhlil işləri aparılır: «Bizim şirkət layihənin icrasına 1,5 mln. manat vəsait ayırmaq niyyətindədir. Layihə başa çatandan sonra isə CIIC-nin layihədə payı 68%-ə çatacaq».

Qeyd edək ki, CIIC həmçinin Samuxda ölkədə və regionda meyvə-tərəvəz və digər ərzaq məhsullarının saxlanması üçün ən iri (25 min ton) soyuducu anbar kompleksinin yaradılmasında iştirak edir. Sözügedən layihəyə şirkət tərəfindən 6,5 mln. manat vəsait ayrılacaq.

Xatırladaq ki, AIC ilə ICD arasında şəriət prinsipləri əsasında fəaliyyət göstərəcək müştərək investisiya şirkətinin yaradılması ilə bağlı qərar 2007-ci ilin noyabr ayında AIC-in Müşahidə Şurasının iclasında qəbul edilib. Hazırda şirkətin nizamnamə kapitalı 23 mln. manat təşkil edir ki, gələcəkdə bu rəqəm 55 mln. manata çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR