Azərbaycan bu il taxıl istehsalını 20% artırıb
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hər hektarın orta məhsuldarlığı əvvəlki ilə nisbətən 1,2 sentner azalaraq 25,9 sentnerə enib. Bundan başqa, cari ildə 26,8 min hektar qarğıdalı sahəsindən qıçaları quru dənə çevirməklə 129,5 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 48,4 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla taxıl istehsalının ümumi həcmi keçən ilə nisbətən 19,5% və yaxud 484,2 min ton artaraq 2 965,4 min tona çatıb. Taxılın 72,1%-ni və ya 2 137,5 min tonunu buğda təşkil edir.
Mövsüm ərzində sahələrdən həmçinin 892,9 min ton kartof, 1 104,5 min ton tərəvəz və 406,4 min ton bostan məhsulları toplanıb. Keçən ilin müvafiq dövrünə nisbətən kartof istehsalı 13,1%, tərəvəz istehsalı 2,9% azalıb, bostan məhsulları istehsalı isə 0,4% artıb. Eyni zamanda, hektarın orta məhsuldarlığı kartof üzrə 8 sentner azalıb, tərəvəz üzrə 1 sentner, bostan məhsulları üzrə 3 sentner artıb və müvafiq olaraq 145 sentner, 142 sentner və 131 sentner olub.
Ötən ilə nisbətən cari ildə pambığın əkin sahəsinin 56,5% azalması məhsul istehsalında da özünü göstərib. Belə ki, oktyabrın 1-i vəziyyətinə emal müəssisələrinə 6,2 min ton xam pambıq yığılıb satılıb.
Pambıqçılıqdan fərqli olaraq tütünçülük sahəsində canlanma müşahidə olunub. Belə ki, əkin sahəsinin 12,6% artması tütün yarpağı istehsalının 6,2% artmasına səbəb olub və qurudulmuş çəkidə 1,8 min ton tütün yarpağı yığılıb.
Bundan başqa, 2009-cu ildə 7,6 min hektar sahədə emal üçün şəkər çuğunduru əkilib. Hazırda məhsulun yığımına başlanılıb və hesabat tarixinə kimi 265 hektar sahənin çuğunduru çıxarılıb və həmin sahələrin hər hektarından 296 sentner olmaqla 7,8 min ton məhsul götürülüb.
Cari ildə meyvə və üzüm məhsulu keçən ildəki səviyyədən bir qədər artıq olub. Belə ki, hesabat tarixinə 414,2 min ton və yaxud keçən ildəkindən 279 ton çox meyvə və giləmeyvə, 76,8 min ton və yaxud 372 ton çox üzüm məhsulu toplanıb. Yaşıl çay yarpağı yığımı isə 28,7% artaraq 360,1 tona çatıb.
Heyvandarlıq məhsulları istehsalı sahəsində cari ilin doqquz ayı ərzində diri çəkidə 227,2 min ton ət, 1 075,8 min ton süd, 896 mln. ədəd yumurta və 14,4 min ton yun istehsal edilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 0,5%, süd istehsalı 2,6%, yumurta istehsalı 9,7%, yun istehsalı isə 3,4% artıb.
Yanvar-sentyabr aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2 870,1 mln. manat olub, 2008-ci ilin doqquz ayı ilə müqayisədə 2,9%, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,2%, bitkiçilik məhsulları istehsalı 3,3% artıb.
Qeyd edək ki, oktyabrın 1-i vəziyyətinə ölkənin meşəçilik təsərrüfatlarında istehsal edilmiş məhsul və xidmətlərin faktiki qiymətlərlə dəyəri 1 066 min manat olub. Balıqçılıqla məşğul olan təsərrüfatlar tərəfindən isə 111 min manat dəyərində balıq ovlanıb.
Aqrar-sənaye kompleksi
“AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər - FOTO - VİDEO
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Xəbər Lenti
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib
Soltan Məmmədov: Azərbaycançılıq məfkurəsi xalqımızı vahid amal ətrafında birləşdirən əsas ideoloji dayağımızdır
Ərdoğan: Qarabağda yenidən yanan hər ocaq Azərbaycan xalqının gələcəyə inamını göstərir
Sumqayıtda Zəfər Günü münasibətilə şəhidlərin xatirəsi ehtiramla yad edilib - FOTO
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib