Bank Of Baku

Noyabrda Bakıda arıçılıq məhsulları sərgisi və beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

Noyabrda Bakıda arıçılıq məhsulları sərgisi və beynəlxalq elmi-praktiki konfrans keçiriləcək
# 23 oktyabr 2009 07:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Noyabrın 9-dan 19-dək Bakıda VI Respublika Arıçılıq Məhsulları Sərgi Yarmarkası keçiriləcək. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsulları istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov məlumat verib.

Ç.Fərəcovun sözlərinə görə, Dənizkənarı Balvarda, Kukla Teatrının yaxınlığında keçiriləcək sərgi-yarmarka Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunur. Sərgi yarmarkada 62 rayondan və Naxçıvan Muxtar Respublikasından 500 arıçı iştirak edəcək. Yarmarkaya 700 ton bal, 30 kq çiçək tozu, 25 kq vərəmum, arı südü və s. arıçılıq məhsulları çıxarılacaq.

Sərgi-yarmarka çərçivəsində elmi-praktiki konfransın keçirilməsi də planlaşdırılır. Konfransda Türkiyə və İrandan nümayəndələr iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR