Bank Of Baku

Sabirabadda «Aqrolizinq»in Regional Logistik Gübrə Bazası və aqroservis filialı açılıb

Sabirabadda «Aqrolizinq»in Regional Logistik Gübrə Bazası və aqroservis filialı açılıb
# 23 oktyabr 2009 12:56 (UTC +04:00)
Sabirabad. Əlibәy Zeynallı - APA. Sabirabad rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında «Aqrolizinq» ASC-nin Regional Logistik Gübrə Bazası və aqroservis filialı istifadəyə verilib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, tədbirdə kənd təsərrüfatı naziri İsmət Abasov da iştirak edib.

Tədbirdə bildirilib ki, Prezidentin Ehtiyat Fondundan logistik bazaların tikintisinə ayrılmış 6,5 mln. manat maliyyə vəsaiti hesabına Şəki və Sabirabad rayonlarında tikilən logistik bazaların hər birinin tutumu 10-12 min tondur. Logistik baza Sabirabad rayonunun Qaratəpə kəndində yerləşir.

Tədbirdə o da qeyd olunub ki, logistik bazaların və aqroservis filiallarının daha 12 rayonda tikintisi nəzərdə tutulur. Artıq Cəlilabad, İmişli, Tərtər, Salyan, Goranboy, Yevlax və Şəki rayonlarında aqroservislər tikilərək istifadəyə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR