Bank Of Baku

Nazir İsmət Abasov: «Gələn ilin büdcəsində aqrar sahəyə ayrılan vəsaitlərdə ciddi artım gözlənilmir»

Nazir İsmət Abasov: «Gələn ilin büdcəsində aqrar sahəyə ayrılan vəsaitlərdə ciddi artım gözlənilmir»
# 23 oktyabr 2009 13:23 (UTC +04:00)
Sabirabad. Əlibәy Zeynallı - APA. Azərbaycanın 2010-cu il dövlət büdcəsində aqrar sahəyə ayrılan vəsaitlərdə nəzərə çarpan artım gözlənilmir. Bu barədə APA-nın əməkdaşının sualını cavablandıran kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Nazir qeyd edib ki, dünya bazarında neftin qiymətinin düşməsi səbəbindən gələn ilin dövlət büdcəsində aqrar sahəyə ayrılan vəsaitlərdə artım nəzərdə tutulmur: «Amma «Aqrolizinq» ASC-yə ayrılan vəsait, aqrar sahəyə və toxumçuluq sahəsinə ayrılan subsidiyalar, aqrar sahədə çalışanlardan 9 növ vergidən 8-nin tutulmaması aqrar sahəyə olan qayğı və diqqətdən irəli gəlir. Gələn il fermerlərə verilən subsidiyalar da bu il verilən miqdarda saxlanılacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR