Bank Of Baku

Azərbaycan yanvar-sentyabr aylarında un idxalını 2,5 dəfə azaldıb

Azərbaycan yanvar-sentyabr aylarında un idxalını 2,5 dəfə azaldıb
# 26 oktyabr 2009 07:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana 699 136,4 ton buğda və 31 522,6 ton un idxal edilib. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Hesabat dövründə ölkəyə gətirilmiş buğdanın dəyəri 146 697,2 min ABŞ dolları, unun dəyəri isə 7 094,1 min ABŞ dolları təşkil edib.

Ötən ilin müvafiq dövrünə nisbətən Azərbaycana buğda idxalı 13,1%, un idxalı 2,5 dəfə, idxal olunmuş buğda və unun dəyəri isə müvafiq olaraq 63,7% və 5,5 dəfə azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR