Bank Of Baku

Rusiyanın «Sibzavod» şirkəti Azərbaycana kənd təsərrüfatı avadanlıqları ixrac edəcək

Rusiyanın «Sibzavod» şirkəti Azərbaycana kənd təsərrüfatı avadanlıqları ixrac edəcək
# 27 oktyabr 2009 12:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «Sibzavod» kənd təsərrüfatı avadanlıqları istehsalçısı ilə Azərbaycan arasında avadanlıqların ölkəmizə gətirilməsinə dair razılıq əldə olunub.

«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, avadanlıqların Azərbaycana gətirilməsinə dair danışıqlar iki ölkənin Kənd Təsərrüfatı Nazirlikləri arasında aparılıb. Nəticədə, tərəflər Omsk şəhərində yerləşən «Sibzavod»un kənd təsərrüfatı avadanlıqlarının Azərbaycana gətirilməsinə dair razılıq əldə olunub. Belə ki, «Sibzavod»un avadanlıqlarının işi İsmayıllı rayonunda yerləşən «Kolxoz İvanovka» tarla və zəmilərində nümayiş olunub.

Bununla yanaşı, avadanlığın Azərbaycana gətirilməsinin bütün məsələləri ətraflı müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR