Bank Of Baku

Azərbaycan hökuməti arıçılıq təsərrüfatlarının fəaliyyəti ilə bağlı yeni qaydalar təsdiq edib

Azərbaycan hökuməti arıçılıq təsərrüfatlarının fəaliyyəti ilə bağlı yeni qaydalar təsdiq edib
# 28 oktyabr 2009 08:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti arıçılıqla bağlı bəzi sənədləri təsdiq edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Bunlar «Əhalinin təhlükəsizliyinin təmin olunması üçün səhiyyə, təhsil, mədəniyyət müəssisələrindən arıxanaların yerləşdirilməsi məsafəsi və yerləşdirilmə Qaydası» və «Əhalinin sağlamlığının qorunmasında və digər sahələrdə istifadə edilən arıçılıq məhsulları xammalı və onların əsasında hazırlanmış apifitoməhsulların istehsalı, dövriyyəsi və tətbiqi Qaydası»dır.

«Əhalinin təhlükəsizliyinin təmin olunması üçün səhiyyə, təhsil, mədəniyyət müəssisələrindən arıxanaların yerləşdirilməsi məsafəsi və yerləşdirilmə Qaydası»na əsasən, arıxanalar əhalinin sıx yaşadığı və toplaşdığı ərazilərdən 1-3 km, qənnadı məmulatları və kimya müəssisələrindən 5 km, səhiyyə, təhsil və mədəniyyət müəssisələrindən 1,5 km, heyvandarlıq və quşçuluq sənayesi müəssisələrindən isə 1 km məsafədə yerləşdirilməlidir. Şəhərlərin yaşıllıq zolaqlarında 5-20 arı ailəsindən ibarət arıxanaların saxlanmasına isə təsərrüfat 2 metr hündürlükdə arakəsmələr vasitəsilə hasara alındıqda icazə verilir.

Qaydalara əsasən, 16 yaşınadək azyaşlı və körpə uşaqların özbaşına arıxanalara daxil olmaları qadağandır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR