Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi yanvar-sentyabr aylarında 1,1% yüksəlib

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi yanvar-sentyabr aylarında 1,1% yüksəlib
# 29 oktyabr 2009 12:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 102% təşkil edib, yanvar-sentyabr aylarında isə keçən ilin müvafiq dövrünə nisbətən 1,1% yüksəlib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində bitkiçilik, bostan və bağçılıq məhsulları üzrə qiymət indeksi əvvəlki aya nisbətən 104,3% olub. Bu bölmədə dənli bitkilər və digər qruplara daxil edilməyən bitkilərin istehsalçı qiymətləri 10,1% bahalaşıb, tərəvəz, ixtisaslaşdırılmış bağçılıq və şitilçilik məhsullarının qiymətləri 0,5%, meyvələr və qoz-fındığın qiymətləri isə 5,3% ucuzlaşıb.

Sentyabr ayında diri mal-qara və heyvandarlıq məhsulları üzrə qiymət indeksi ötən aya nisbətən 102,2% təşkil edib. Heyvandarlıq bölməsində diri quşların və yumurtanın istehsalçı qiymətləri 14,7% bahalaşıb, diri iribuynuzlu qaramal və onun törəməsi məhsullarının 1,3%, diri qoyunların keçilərin və onlardan alınan məhsullarının qiymətləri isə 1,2% ucuzlaşıb.

Qeyd edək ki, 2009-cu ilin sentyabr ayında meşə təsərrüfatından yanacaq oduncağının istehsalçı qiyməti əvvəlki aya nisbətən 0,1% ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR