Bank Of Baku

Nazir İsmət Abasov: “Azərbaycanda çörəyin qiyməti aşağı salınmalıdır”

Nazir İsmət Abasov: “Azərbaycanda çörəyin qiyməti aşağı salınmalıdır”
# 30 oktyabr 2009 10:24 (UTC +04:00)
Nazirin sözlərinə görə, həm ölkədə taxıl istehsalı artıb, həm də dünya bazarlarında taxılın satış qiyməti aşağı düşüb: «Bu il taxılın satış qiyməti təxminən 2 dəfə ucuzlaşıb. Bu da çörəyin qiymətinin aşağı salınmasına stimul verir. Hesab edirəm ki, sahibkarlar bu məsələyə baxmalıdırlar».

İ.Abasov bununla bağlı Kənd Təsərrüfatı Nazirliyində xüsusi araşdırmaların aparıldığını və qiymətin aşağı salınmasının sahibkarların zərərinə olmayacağını bəyan edib.

Qeyd edək ki, cari ildə Azərbaycanda 2,1 mln. tondan artıq ərzaq buğdası istehsal olunub. Cari ilin yanvar-sentyabr aylarında isə Azərbaycana 699 136,4 ton buğda və 31 522,6 t on un idxal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR