Bank Of Baku

Bu il Azərbaycanda bir sıra kənd təsərrüfatı məhsullarının istehsalında azalma olub

Bu il Azərbaycanda bir sıra kənd təsərrüfatı məhsullarının istehsalında azalma olub
# 30 oktyabr 2009 10:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Bu il Azərbaycanda bir sıra kənd təsərrüfatı məhsullarının istehsalında azalma olub. «APA-Economics»in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Faiz göstərməsə də, İ.Abasov ən çox azalmanın pambıqçılıqda olduğunu qeyd edib. Nazir havaların pis keçməsi və təbii fəlakətlər nəticəsində bostan məhsullarının istehsalında da müəyyən azalmanın müşahidə olunduğunu qeyd edib.

«Bütün bunlarla yanaşı, ilk dəfə çayçılıq və tütünçülükdə müəyyən artım müşahidə olunmağa başlayıb», - deyə İ.Abasov əlavə edib.

İ.Abasov ümumilikdə kənd təsərrüfatı sektorunda cari ilin 9 ayının yekunlarına əsasən 3% civarında, o cümlədən heyvandarlıqda 2,2% artımın qeydə alındığını və ilin sonuna bunun bir qədər də artacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR