Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı məhsullarının tədarükünü və satışını həyata keçirən şirkətlər yaradıla bilər

Azərbaycanda kənd təsərrüfatı məhsullarının tədarükünü və satışını həyata keçirən şirkətlər yaradıla bilər
# 30 oktyabr 2009 10:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda istehsal edilmiş kənd təsərrüfatı məhsullarının tədarükünü və satışını həyata keçirən şirkətlərin yaradılmasına ehtiyac var. «APA-Economics»in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

İ.Abasov əhalidən istehsal etdikləri kənd təsərrüfatı məhsullarını alaraq satışını həyata keçirən şirkətlərin özəl sektorda yaradılmasını məqsədəuyğun saydığını bildirib: «Hazırda biz bu məsələ üzərində işləyirik. Hökumət özü də bu sahədə müəyyən tədbirlər həyata keçirməyi planlaşdırır».

Ölkədə istehsal olunmuş meyvənin və bir çox kənd təsərrüfatı məhsullarının satışında problemlərin olduğunu etiraf edən İ.Abasov bunun aradan qaldırılması istiqamətində hökumət tərəfindən tədbirlərin görüldüyünü, soyuducu anbarların tikintisi ilə bağlı layihələrə başlandığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR