Bank Of Baku

Nazir: “Azərbaycanda alkoqollu içkilərin istehlakı azalır”

Nazir: “Azərbaycanda alkoqollu içkilərin istehlakı azalır”
# 30 oktyabr 2009 12:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda alkoqollu içkilərin istehlakında son illər azalma müşahidə olunur. «APA-Economics»in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

İ.Abasovun sözlərinə görə, bu, son illər əsasən gənclərin alkoqollu içki qəbulundan imtina etməsi və ölkədə İslam dinin ehkamlarına riayət edənlərin sayının artması ilə bağlıdır.

Nazir bildirib ki, hazırda Azərbaycanda 83 hüquqi şəxsə alkoqollu içkilərin istehsalına dair lisenziya verilib. Bunlardan 38-i pivə istehsalı, 45-i alkoqollu içki, o cümlədən 7-si vodka, 25-i konyak brendi, 30-u üzüm şərabı, 2 müəssisə şampan şərabı, 23 müəssisə isə şərab materialları istehsal edir. Bundan başqa, 9 müəssisə tərkibində az faizli spirt olan içkilər, likör, 5 müəssisə spirt istehsalını həyata keçirir.

İ.Abasov Azərbaycanda istehsal edilən şərab və alkoqollu içkilərin keyfiyyət baxımından xaricdə istehsal ediləndən yüksək olduğunu vurğulayıb. Nazir onu da qeyd edib ki, cari ildə Azərbaycanda 186 min dekalitr alkoqollu içki istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR