Bank Of Baku

ADSEA: Dağlıq Şirvan iqtisadi rayonu üzrə 53 523 ha suvarılan sahə mövcuddur

İlham Bayramov

© APA | İlham Bayramov

# 12 iyun 2026 11:10 (UTC +04:00)

Dağlıq Şirvan iqtisadi rayonu ölkəmizin aqrar inkişafında mühüm potensiala malik olan, üzümçülük, taxılçılıq, heyvandarlıq, çoxillik əkinlər və həyətyanı təsərrüfatlar üzrə istehsal imkanları ilə seçilən regionlardan biridir. Bu potensialın tam reallaşdırılması isə ilk növbədə etibarlı və dayanıqlı su təminatından asılıdır. Hazırda Agentliyin xidmət göstərdiyi ərazilərdə Dağlıq Şirvan iqtisadi rayonu üzrə 53 523 hektar suvarılan sahə mövcuddur.

APA xəbər verir ki, bunu "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirəAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib. .

Qeyd olunub ki, cari il ərzində həmin sahələrin suvarılması üçün ümumilikdə 146 587 milyon kubmetr həcmində suvarma suyunun təmin edilməsi planlaşdırılmışdır:

"Bunun 91 035 milyon kubmetri, yəni 62 faizi dənli və yem bitkilərinin, 55 552 milyon kubmetri, yəni 38 faizi isə əsasən bostançılıq, tərəvəzçilik, çoxillik əkinlər və həyətyanı sahələrin su təminatı üçün nəzərdə tutulmuşdur. Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları üzrə ümumilikdə 1 414,3 kilometr suvarma infrastrukturu mövcuddur ki, bunun 1 273,3 kilometri açıq, 141 kilometri isə qapalı və borulu suvarma şəbəkəsidir. Açıq şəbəkə daxilində 134,4 kilometr beton örtüklü kanal, 9,6 kilometr nov kanal və 1 129 kilometr torpaq kanal mövcuddur. Suvarma xidmətlərinin yerində təşkili baxımından qeyd edilən rayonlar üzrə 7 Su İstifadəçiləri Birliyi fəaliyyət göstərir, bu birliklər 53 523 hektar xidməti ərazini əhatə edir və 104 kənd üzrə 13 749 su istifadəçisinə xidmət göstər. Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları üzrə suvarma infrastrukturu barədə məlumatların Coğrafi İnformasiya Sistemlərinə və elektron idarəetmə platformalarına inteqrasiyası hər bir rayon üzrə real su balansının müəyyənləşdirilməsinə, suvarma planlamasının optimallaşdırılmasına və meliorativ vəziyyətin operativ idarə olunmasına imkan verir. Məhz bu göstəricilər bir daha sübut edir ki, kənd təsərrüfatının inkişafında müasir və dayanıqlı suvarma sistemləri əsas amillərdən biridir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR