2022-ci il yanvarın 1-i vəziyyətinə Azərbaycanda bütün təsərrüfat kateqoriyaları üzrə 625 300 vahid arı ailəsi mövcud olub.
"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı təhlilə görə, ötən il yanvarın 1-nə nisbətən arı ailələrinin sayı 28 648 vahid və ya 4,8% artıb.
Mövcud arı ailələrinin böyük əksəriyyəti (99,7%-i) fərdi sahibkarın, ailə kəndli və ev təsərrüfatlarının payına düşüb ki, son bir ildə bu rəqəm 28 098 vahid və ya 4,7% artaraq 623 591 arı ailəsi təşkil edib.
Arı ailələrinin təsərrüfat kateqoriyaları üzrə pay bölgüsü:
|
|
2021-ci il |
2020-ci il |
2021-ci il 2020-ci ilə nisbətən, faizlə |
|
Kənd təsərrüfatı ilə məşğul olan müəssisələr |
1709 |
1159 |
147.5 |
|
Dövlət müəssisələri |
143 |
245 |
58.4 |
|
Qeyri-dövlət müəssisələri |
1566 |
914 |
1.7 d |
|
Fərdi sahibkar təsərrüfatları |
697 |
1444 |
48.3 |
|
Ailə kəndli və ev təsərrüfatları |
622890 |
594049 |
104.9 |