Balıqçılıq su obyektləri üzərində inşa edilmiş su təsərrüfatı obyektlərinin istismarına dair tələblər olacaq.
APA xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Balıqçılıq haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, balıqçılıq su obyektləri üzərində inşa edilmiş su təsərrüfatı obyektlərinin müvafiq şərtlərə əməl edilməklə istismarına icazə veriləcək.
Balıqçılıq su obyektləri üzərində inşa edilmiş su təsərrüfatı obyektlərinin istifadəyə verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmalıdır.