Akvakultura fəaliyyəti yeniq aydada tənzimlənəcək, qeydiyyat şəhadətnaməsi və Biotexnoloji Layihə Sənədi tətbiq olunacaq.
APA xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Balıqçılıq haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, balıqçılıq su obyektlərində akvakultura fəaliyyəti “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilən akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi əsasında həyata keçirilir. Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinə görə “Dövlət rüsumu haqqında” qanun ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Akvakulturanın həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. alıqçılıq su obyektlərində akvakultura fəaliyyətinin həyata keçirilməsi üçün qeydiyyat şəhadətnaməsinin əldə edilməsi məqsədilə balıqçılıq subyektlərindən nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən Biotexnoloji Layihə Sənədinin hazırlanması tələb olunur. Biotexnoloji Layihə Sənədinin ekspertizasının həyata keçirilməsi üçün məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən xidmət haqqı tutulur. Akvakultura növlərinin, obyektlərinin, təsərrüfatlarının, infrastrukturunun və akvakulturanın həyata keçirilməsi üçün istifadə olunan xüsusi qurğuların və texnologiyaların təsnifatı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən bu qanunda nəzərdə tutulmuş qayda ilə müəyyən edilir. Akvakultura təsərrüfatlarında elmi tədqiqat məqsədləri istisna olmaqla, genetik modifikasiya olunmuş və toksik balıq və digər su bioresurslarının yetişdirilməsinə və istifadəsinə yol verilmir. Akvakultura təsərrüfatları tərəfindən qanunun tələblərinin pozulduğu və ya akvakultura sahəsində texniki normativ hüquqi aktlara riayət edilmədiyi aşkar olunduqda, habelə “Lisenziyalar və icazələr haqqında” qanun ilə müəyyən edilmiş digər hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qeydiyyat şəhadətnaməsini həmin pozuntular aradan qaldırılanadək, lakin 90 (doxsan) gündən çox olmayan müddətə dayandırır. Qeydiyyat şəhadətnaməsinin dayandırıldığı müddət bitənədək dayandırılmaya səbəb olan halları aradan qaldırmalı və nəticəsi barədə 3 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) yazılı məlumat verməlidir. Qeydiyyat şəhadətnaməsinin dayandırılmasına səbəb olan hallar aradan qalxdıqda qeydiyyat şəhadətnaməsi bərpa olunur.Qeydiyyat şəhadətnaməsinin dayandırıldığı müddətdə aşkar olunmuş pozuntular akvakultura təsərrüfatı tərəfindən aradan qaldırılmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onu ləğv edir.
Layihəyə görə, su hövzələrinin akvakultura məqsədilə istifadəsi, balıqçılıq təsərrüfatlarının hüquqi statusu, akvakultura obyektlərinin qeydiyyatı, məhsuldarlığın tənzimlənməsi, eləcə də törədici balıqların və onların sürülərinin idarə olunması məsələləri normativ əsaslarla müəyyən edilir.
Bu yanaşma Azərbaycanda həm intensiv, həm də ekstensiv akvakultura modellərinin tətbiqinə şərait yaradacaq, texnologiyaya əsaslanan, izlənilə bilən və məhsuldar təsərrüfatların formalaşmasını stimullaşdıracaq.
Akvakultura fəaliyyəti üçün qeydiyyat şəhadətnaməsi və Biotexnoloji Layihə Sənədi tələb olunacaq
Aqrar-sənaye kompleksi
Xarici dövlətlərin fiziki və hüquqi şəxslərinin Azərbaycanın su bioresurslarından istifadə qaydası müəyyən ediləcək
Toxumların ticarət dövriyyəsinə dair tələblər qoyulur
Balıqçılıq su obyektləri üzərində inşa edilmiş su təsərrüfatı obyektlərinin istismarına dair tələblər olacaq
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Xəbər Lenti
Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: Cavab verməlidirlər ki, təşkilat mövcuddurmu, yoxsa yox?
FIFA Rusiya millisinin Futol üzrə Dünya Çempionatına buraxılmasına qərar verib
Keçmiş məcburi köçkün: Kərkicahana qayıtmaq qürurvericidir
TƏBİB regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün təhlillərə başlayıb
Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
Bir ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan edib
İraq OPEC-dən kvotasının artırılmasını tələb edir, əks halda təşkilatdan çıxa bilər
Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru ilə görüşüb
Suriyalı deputat: Türkman tələbələrin Azərbaycanda təhsil alması üçün imkanların yaradılmasını arzulayırıq
Ərşad Salehi: TDT-də xaricdə yaşayan türklərin təmsilçiliyi üçün nümayəndəlik yaradılsın
Su polisi dəniz sahilində narkotikə qarşı əməliyyat keçirib - VİDEO
Aşura günü ilə bağlı qanvermə aksiyası davam edir, 765,45 litr qan toplanıb - FOTO - YENİLƏNİB
AMB: Xüsusi tənzimləmə rejiminin üçüncü dövründə iştirak üzrə müraciətlərin qəbulu başlayıb
Xankəndi, Xocalı və Ağdərəyə 180 nəfər köçürülüb - FOTO
Bakı və Azərbaycan yepiskopu: Ölkəmizdəki dini təşkilatlar mürəkkəb dövrdə unikal birlik nümayiş etdirir
Yeni qətnamə, köhnə yanaşma: AŞPA-nın Azərbaycana qarşı qərəzi davam edir - TƏHLİL
ADY Çindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - FOTO
SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
Futbol üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək
İƏTPİ Konfransının 20-ci sessiyası başa çatıb, Bakı Bəyannaməsi qəbul edilib - YENİLƏNİB
Dövlət başçısı İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
Səməd Seyidov: AŞPA-nın qətnaməsi qərəzlidir, bu kağız parçasının heç bir əhəmiyyəti yoxdur
Dini konfessiya rəhbərləri Aşura günü ilə bağlı qanvermə aksiyasında iştirak edib - FOTO
Baku Steel Company V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda təmsil olunub
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
İyulda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Yapı Kredi Bank Azərbaycan yeni mobil tətbiqini istifadəyə verib
Lənkəranda icarə avtomobili narkotikin təsiri altında idarə edən şəxs saxlanılıb
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib
Naxçıvanda azyaşlı arabadan yıxılaraq ölüb
Neftçalada 62 yaşlı kişi evin zirzəmisində yıxılaraq ölüb
Qaradağda daş karxanasında 49 yaşlı kişi yıxılaraq ölüb
Azərbaycana daxil olan sürətli pul köçürmələrinin həcmi açıqlanıb
Ötən ay nağdsız ödənişlərin həcmi 8,7 mlrd. manat olub
Bilgəhdə 4 gün əvvəl dənizdə batan şəxsin meyiti tapılıb
Azərbaycanda ödəniş kartlarının sayı 12% artıb
Aşura günü ilə əlaqədar qanvermə aksiyasında indiyədək 486 donor iştirak edib
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Xarici dövlətlərin fiziki və hüquqi şəxslərinin Azərbaycanın su bioresurslarından istifadə qaydası müəyyən ediləcək
APA TV-də XƏBƏRAPARAN - CANLI
Bankların xalis mənfəəti 29%-dən çox artıb
Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq
Toxumların ticarət dövriyyəsinə dair tələblər qoyulur
Balıqçılıq su obyektləri üzərində inşa edilmiş su təsərrüfatı obyektlərinin istismarına dair tələblər olacaq
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Akvakultura fəaliyyəti üçün qeydiyyat şəhadətnaməsi və Biotexnoloji Layihə Sənədi tələb olunacaq
Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi üçün rüsum müəyyənləşir
“Balıqçılıq haqqında” yeni qanun layihəsi hazırlanıb, idarəetmə rəqəmsallaşdırılacaq, izlənmə mexanizmləri yaradılacaq
“Toxumçuluq haqqında” yeni qanun layihəsi hazırlanıb, Reyestr yaradılacaq