Bank Of Baku

Belarus səfiri: Azad edilmiş ərazilərdə əməkdaşlığımız aqrar sahə ilə məhdudlaşmır

Belarus Respublikasının Azərbaycandakı səfiri Dmitri Pineviç

© APA | Belarus Respublikasının Azərbaycandakı səfiri Dmitri Pineviç

# 27 noyabr 2025 14:19 (UTC +04:00)

Azad edilmiş ərazilərdə əməkdaşlığımız aqrar sahə ilə məhdudlaşmır.

Bunu APA-ya Belarus Respublikasının Azərbaycandakı səfiri Dmitri Pineviç bildirib.

Səfir Ağdamda salınacaq aqroşəhərin əhalini işlə təmin etməklə yanaşı, ölkənin ərzaq təhlükəsizliyinə töhfə verəcəyini bildirib: “Ağdamda icra etdiyimiz layihə çərçivəsində salınacaq agroşəhərlər Belarus modelinə uyğun olaraq aqro-sənaye müəssisələri ilə birlikdə formalaşır və yerli əhalini iş yerləri ilə təmin edəcək”.

Səfir əməkdaşlığın artıq müxtəlif sahələri əhatə etdiyini qeyd edib: “Ağdam Sənaye Parkında artıq bir neçə kooperasiya layihəmiz mövcuddur. Ümid edirik ki, orada daha yeni layihələr də yaranacaq və bunlar Belarus və Azərbaycan arasında müxtəlif sahələrdə – tikinti materiallarından tutmuş texniki məmulatlara və maşınqayırma kompleksinə qədər real sənaye əməkdaşlığına çevriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR