Bank Of Baku

İlhamə Qədimova: Buğda istehsalı üzrə 22 hədəf rayon müəyyən edilib

İlhamə Qədimova: Buğda istehsalı üzrə 22 hədəf rayon müəyyən edilib
# 12 iyun 2026 11:11 (UTC +04:00)

Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2026-2030-cu illər üzrə kənd təsərrüfatının, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı ilə bağlı Dövlət Proqramı”nın ən mühüm istiqamətlərindən biri buğda istehsalının artırılması və məhsuldarlığın yüksəldilməsidir. Bu sahədə yanaşma artıq daha hədəfli formalaşdırılır.

APA-nı Şirvan bürosu xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə bildirib.

Onun sözlərinə görə, rayonlar potensiala, suvarma imkanlarına, aqropark infrastrukturuna və lazer hamarlama imkanlarına görə qruplaşdırılır:

“Buğda istehsalı üzrə 22 rayon hədəf rayon kimi müəyyən edilib. Bu rayonlar ölkədə istehsal olunan taxılın böyük bir hissəsini təmin edir və burada suvarılan sahələr, müasir suvarma potensialı, aqropark infrastrukturu və lazer hamarlama imkanları daha yüksəkdir. Ağsu rayonu bu 22 rayonun siyahısına daxildir. Hədəf rayonlarda orta məhsuldarlığın 50 sentnerə, dəmyə rayonlarında hansı ki buna İsmayıllı, Şamaxı, Qobustan da daxildir- 30 sentnerə çatdırılması nəzərdə tutulur. Perspektiv rayonlarda isə 2029-cu ildən sonra məhsuldarlıq hədəfi 50 sentner kimi müəyyən edilir.Bu hədəflərə çatmaq üçün bir neçə əsas tədbir nəzərdə tutulur. Birincisi, müasir suvarma sistemlərinin tətbiqi genişləndiriləcək. İkincisi, texnika təminatı yaxşılaşdırılacaq. Üçüncüsü, lazer hamarlama texnologiyasının tətbiqi genişləndiriləcək. Dördüncüsü, buğda istehsalının inkişafına dövlət dəstəyi artırılacaq. Beşincisi, aqrotexniki qulluq işlərinə nəzarət gücləndiriləcək və zəruri meliorativ tədbirlər həyata keçiriləcək. Burada xüsusi qeyd edilməli olan dəstək mexanizmlərindən biri kredit faizlərinin subsidiyalaşdırılmasıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR