Bank Of Baku

Prezidentin köməkçisi: Su və torpaq resurslarından səmərəli istifadə Dövlət Proqramının əsas prioritetlərindəndir

Prezidentin köməkçisi: Su və torpaq resurslarından səmərəli istifadə Dövlət Proqramının əsas prioritetlərindəndir
# 16 iyun 2026 13:41 (UTC +04:00)

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda konkret hədəflər müəyyən edilib. Müasir suvarma sistemləri tətbiq olunan sahələrin genişləndirilməsi, ixtisaslaşmış rayonlarda buğda və pambıqçılıqda məhsuldarlığın yüksəldilməsi, intensiv meyvə bağlarının və istixana komplekslərinin artırılması, soyuducu anbar və taxıl siloları ilə bağlı imkanların genişləndirilməsi, heyvandarlıqda cins tərkibin yaxşılaşdırılması, quş əti, süd, mal əti, qoyun əti və yumurta istehsalının artırılması, akvakultura istehsalının yüksəldilməsi əsas istiqamətlər sırasındadır. Bu hədəflər bir daha göstərir ki, Dövlət Proqramı yüksək məhsuldarlığa, səmərəliliyə və əlavə dəyərə hesablanan inkişafa hədəflənib".

APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı Qubada regional müşavirədə deyib.

Bildirilib ki, su və torpaq resurslarından səmərəli istifadə, Dövlət Proqramının əsas prioritetlərindəndir. Müasir suvarma sistemlərinin tətbiqi, təsərrüfatdaxili suvarma şəbəkələrinin yaxşılaşdırılması, mövcud kanalların təmizlənməsi, habelə sudan istifadə sahəsində maarifləndirmə işinin gücləndirilməsi xüsusi diqqət tələb edir:

"Aqrar sahədə məhsuldarlığın artırılması, suvarma və enerji təminatının yaxşılaşdırılması, müasir texnologiyaların tətbiqi və aqrotexniki tədbirlərin vaxtında icrası yalnız bütün icraçı qurumların birgə fəaliyyəti nəticəsində mümkün ola bilər.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün dövlət xətti ilə 2 milyard manatdan çox, özəl sektordan isə təqribən 3 milyard manatdan çox vəsaitin cəlb edilməsi nəzərdə tutulur.

Qəbul edilmiş Dövlət Proqramının dörd il yarım ərzində həyata keçirilməli olduğunu nəzərə almaqla cənab Prezident qarşımızda qoyulmuş tapşırığını rəhbər tutaraq, bu Proqramın icrasına dərhal, vaxt itirmədən başlamalıyıq.

Prezident İlham Əliyev tərəfindən qarşımıza qoyulmuş vəzifələrin icrasına bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əlaqələndirilmiş fəaliyyətinin təmin olunması və özəl sektorun investisiya, habelə idarəetmə imkanlarının səfərbər edilməsi nəticəsində tam nail ola bilərik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR