Qazaxıstan İrana taxıl ixracını kəskin artırıb

Qazaxıstan İrana taxıl ixracını kəskin artırıb
# 20 iyun 2025 16:34 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında “Qazaxıstan Dəmir Yolları” şirkəti (QDY) tərəfindən 5,7 mln. ton taxıl daşınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 54% çoxdur.

Bu barədə “APA-Economics” “Qazaxıstan Dəmir Yolları”na istinadən xəbər verir.

Məlumata görə, ixrac daşımaları 62% artaraq 4,5 milyon ton təşkil edib.

“Mərkəzi Asiya ölkələrinə 2,2 mln. ton taxıl göndərilib ki, bu da ötən illə müqayisədə 28% çoxdur. Aktau və Kurık limanları vasitəsilə İran istiqamətində taxıl daşımalarının həcmi 12 dəfə artıb. Qara dəniz limanları istiqamətində daşınmalar 20%, Baltik limanları istiqamətində isə 16% artıb”, - məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR