"Azərbaycanın güclü ölkəyə çevriləcəyinə ümid edirik".
APA xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
“İkitərəfli əlaqələrdə çox maraqlı layihələr həyata keçirilə bilər və bu layihələrə digər əsas tərəfdaşların da cəlb olunması mümkündür. Azərbaycanın daha da güclü ölkəyə çevriləcəyinə ümid edirik. Azərbaycan ilə Avropa arasında tərəfdaşlıq çox vacibdir. Hazırda elə bir dövrdür ki, münasibətlərimizi daha da gücləndirməliyik. Liderlərimizin çox fəal təmasları mövcuddur. Azərbaycanlı tələbələrin Litvada təhsil almasından qürur duyuruq. Sabahkı biznes forumda iqtisadiyyat nazirləri arasında görüşlər, eləcə də biznes icmalarımızın təmasları keçiriləcək. İnvestisiya imkanları bizim üçün xüsusi əhəmiyyət daşıyır. Litva Energetika sahəsində bağlantı imkanlarının genişləndirilməsi istiqamətində axtarışlar aparır və enerji təchizatını şaxələndirmək istəyir”, - Xin rəhbəri qeyd edib.