Bank Of Baku

Suvarma suyunun keyfiyyət monitorinqi və idarəetmə sistemi yaradılacaq

Suvarma suyunun keyfiyyət monitorinqi və idarəetmə sistemi yaradılacaq
# 26 may 2026 11:50 (UTC +04:00)

Azərbaycanda 2028-2030-cu illərdə suvarma suyunun keyfiyyət monitorinqi və idarəetmə sisteminin yaradılması planlaşdırılır.

"APA-Economics" xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.

Sənədə əsasən, irriqasiya və meliorasiya şəbəkələrində olan suyun analizinin aparılması mexanizminin formalaşdırılması ilə bağlı təkliflər hazırlanacaq. Eyni zamanda azı 3 pilot regionda su keyfiyyəti monitorinqi sistemi tətbiq ediləcək.

Bununla yanaşı, əsas irriqasiya və meliorasiya şəbəkələri üzrə su keyfiyyəti monitorinqi sistemi tətbiq olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR