Prezident İlham Əliyev Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri ilə görüşüb

Prezident İlham Əliyev Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri ilə görüşüb
# 19 iyul 2018 17:10 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin Parisdə Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri Tyerri de Montbrial ilə görüşü olub.

APA-nın məlumatına görə, Tyerri de Montbrial Heydər Əliyev ilə Fransada və Azərbaycanda, prezident İlham Əliyevlə Fransada keçirilən görüşləri məmnunluqla xatırlayıb.

Söhbət zamanı Fransa-Azərbaycan ikitərəfli münasibətləri, beynəlxalq və regional məsələlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR