Türkiyəli onkoloqlar sübut edir ki, xərçəng diaqnozdur, hökm deyil

Türkiyəli onkoloqlar sübut edir ki, xərçəng diaqnozdur, hökm deyil
# 18 dekabr 2019 11:31 (UTC +04:00)

Dünyada onkoloji xəstəliklərin diaqnozu təyin edilməsi halları getdikcə artır, buna baxmayaraq, əksər inkişaf etmiş ölkələrin əhalisi üçün xərçəng sözü artıq hökm kimi qəbul olunmur.

Diaqnostikanın və müalicənin yeni effektiv metodlarının cəld tətbiqi sayəsində, onkoloji pasientlərin daha əlverişli proqnozları və tam sağalması üçün şansları var.

Xərçəngin ən müasir müalicə metodları ilə öyünə biləcək ölkələrdən biri Türkiyədir. Hökumətin və xarici investorların dəstəyi ilə ölkədə son 10 il ərzində innovativ yüksəktexnoloji tibbi sənaye yaradılmışdır. Bu Türkiyəyə onkologiyanın beyin şişi kimi çətin növün müalicəsində əhəmiyyətli müvəffəqiyyət qazanmağa imkan verib.

Türkiyəli neyrocərrahlar artıq 1997 ildən başlayaraq qamma-bıçaq texnologiyasını tətbiq edirlər və xidmət göstərilən pasientlərin sayına görə dünyada qamma-bıçaq istifadə edən komandaların ilk beşliyinə daxildirlər. Bu texnologiya şiş hüceyrələrini yüksəkdəqiqli radiasiya şüalandırması metodu ilə məhv etmək imkanı yaradır ki, bu da bərpa mərhələsini əhəmiyyətli dərəcədə qısaldır və ənənəvi təbabətə xas olan fəsadları istisna edir.

Bu gün qabaqcıl türk klinikalarında neyrocərrahların sərəncamında 5-ci nəsil qamma-bıçaq var ki, ətrafdakı orqanlara və toxumalara toxunmadan, şüalandırmanın zəruri dozalarını yalnız şişin üzərinə istiqamətləndirir. Bir sıra hallarda xarici pasientlərin prosedurdan sonra klinikada qalmasına ehtiyac qalmır - onlar həmin gün evlərinə qayıda bilər. Sonrakı nəzarət və məsləhətlər internet üzərindən olur, bu da pasientlərin vəsaitlərinin əhəmiyyətli dərəcədə qənaətinə yardım edir.

Türkiyə neyrocərrahiyyəsinin daha bir əhəmiyyətli nailiyyəti - intraəməliyyat MRT-taraması keçirmək imkanıdır. Şişin kəsilib götürülməsinin keyfiyyətinə nəzarət etmək üçün, əməliyyatın gedişatında pasiyenti əməliyyat masasına uyğunlaşdırılmış MRT kamerasına yerləşdirirlər. Bundan sonra əməliyyat MRT-taramanın məlumatlarını nəzərə alaraq davam edir. Hal-hazırda bu texnologiyanı Avropada yalnız 22 klinika tətbiq edir.

Neyrocərrahiyyə ilə yanaşı, türkiyəli onkoloqlar mədəaltı vəzinin, qaraciyərin, prostatın və yumurtalıqların xərçənginin müalicəsində son nailiyyətləri aktiv şəkildə tətbiq edirlər. Burada ən son avadanlıqların, beynəlxalq və xüsusi patentləşdirilmiş nou-hauların sayəsində hətta digər ölkələrdə qeyri-cərrahi təsdiq olunan şişlər uğurla əməliyyat olunur. Məsələn, türkiyəli professor-uroloqun tətbiq etdiyi Da Vinci Xi HD cərrahiyyə sisteminin istifadəsi ilə, robotlaşdırılmış perineal prostatektomiya prostat vəzinin şişini qarın boşluğuna daxil olmadan qasıq büküyündə edilmiş balaca kəsikdən prostat vəzinə çata bilən xüsusi robotlaşdırılmış avadanlığın sayəsində götürülməsinə imkan yaradır.

Prostat vəzinin və qadın daxili cinsiyyət orqanlarının şişlərinin yüksəkdəqiqli şüalandırması üçün intrakorporal radioterapiya tətbiq edilir, yəni radioaktiv şüalar xüsusi plastik borularla birbaşa şişə çatdırılır. Bu texnologiya şüalanma seanslarının sayının və fəsadların riskinin azalmasına imkan yaradır.

Xərçəng xəstələrinin uğurlu müalicəsi üçün onkologların, radioloqların, kimyaterapevtlərin, immunoloqların və laborantların qarşılıqlı əlaqələri eyni dərəcədə vacibdir.

Türkiyədə siz hər bir sahə üzrə professional həkimlər tapa bilərsiz ki, onların üçündən biri Avropa və ya ABŞ da təhsil alıb. Bununla belə, xərçəngin müalicəsi Türkiyədə daha əlçatandır, nəinki Qərbdə və ya İsraildə.

“Hal-hazırda Türkiyə tibbi xidmət sahəsində əla imkanlar təqdim edir. Biz hər gün 165 ölkədədən müalicə və reabilitasiya üçün sorğular alırıq. 2018 ildə türk klinikaları 890 mindən çox xarici pasient qəbul edib, 2019-cu ildə isə artıq bu sayın 1 milyondan artıq olmasını gözləyirik”, - deyə Türkiyə tibbi turizm assosiasiyasının sədri Emin Çakmak xəbər verib.

Türkiyə tibbi turizm assosiasiyası (THTC) 2005-ci ildə Türkiyə hökumətinin himayəsi altında xarici pasientlərə dəstək üçün qurulub. Klinika seçimində yardımdan əlavə THTC hava limanından pulsuz transfer, Türkiyədə oteldə qalmaq qiymətlərinə endirim, pulsuz tərcüməçi və digər əlavə üstünlüklərə zəmanət verir.

Türkiyədə müalicə və reabilitasiya barədə Türkiyə tibbi turizm assosiasiyasının Azərbaycandaki nümayəndələrindən daha ətraflı məlumat əldə edin:

Azərbaycan

+994 50 205 50 53 [email protected]

thtdc.org

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR