Binalarda istifadəsi məqbul sayılan döşəmə örtükləri müəyyənləşdirilib

Binalarda istifadəsi məqbul sayılan döşəmə örtükləri müəyyənləşdirilib
# 28 oktyabr 2017 14:05 (UTC +04:00)

Mənzillərdə və yataqxanalarda yaşayış otaqları, internatlarda yataq otaqları və mehmanxanalarda, istirahət evlərində nömrələrdə (otaqlar) döşəməyə lnoleum, parket, massiv və ya parket taxtası, laminasiyalı parket və taxta döşənməlidir.


APA-nın məlumatına görə, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının qəbul etdiyi və oktyabrın 27-də qüvvəyə minən “Döşəmələr. Layihələndirmə normaları” nda əksini tapıb.

Xəstəxanalarda, poliklinikalarda, ambulatoriyalarda, dispanserlərdə, sanatoriyalarda, istirahət evlərində, uşaq müəssisələrində həkimlərin kabinetləri, prosedur, sarğı otaqları, palatalar və körpələr evi-uşaq bağçalarının dəhlizlərində isə massiv və ya parket taxtası döşənməsi tövsiyə olunmur. Bu yerlərdə lnoleum, parket, laminasiyalı parket və taxta döşənməlidir. Kontorlarda, konstruktor bürolarında, köməkçi binalarda və s. iş otaqları, kabinetlər, işçi heyətin otaqları, təhsil müəssisələrində auditoriyalar, siniflər, laboratoriyalar, müəllimlər otağı və digər otaqlar, idman, akt, tamaşa və qiraət zalları, qarderoblarda üst paltarların saxlanma zonalarında da lnoleum, parket, laminasiyalı parket və taxtadan istifadə edilməlidir. İstismarı, adamların daimi olması ilə bağlı olmayan ictimai binalarda (muzeylər, sərgilər, vestibüllər, vağzallar, tamaşa müəssisələrinin foyeləri) 2-4 mm qalınlığında polimer tökmə, cilalanmış mozaika-beton, cilalanmış sement-beton, təbii daş tavalar, mərmər tavalar, o cümlədən doğranmış tavalar və keramoqranit tavalara üstünlük verilməlidir.

Mağazalarda ərzaq mallarının hazırlanma sahələri, ictimai iaşə müəssisələrinin mətbəxləri, yuyulma və tədarük sahələri, hamamlarda buxarxana, soyunub-geyinmə, yuyunma otaqları, camaşırxanalarda paltaryuma sexlərində döşəməyə cilalanmış mozaika-beton, cilalanmış sement-beton və keramik tavaların döşənməsi tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR