Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib

Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib
# 25 noyabr 2019 10:53 (UTC +04:00)

Milli Məclisin bu gün keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.

APA-nın xəbərinə görə, iclasın gündəliyindəki məsələlərin sayı artırılıb. Belə ki, müzakirə olunacaq məsələlərin sayı 18-dən 19-a qaldırılıb. Parlamentin bugünkü iclasının gündəliyinə “Tibbi sığorta haqqında” qanun layihəsinə dəyişiklik I oxunuşda müzakirəyə çıxarılacaq.

İclasda həmçinin "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” , “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “İnzibati icraat haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar və s qanunlara dəyişiklik layihələri II oxunuşda müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR