Azərbaycan avtomobil istehsalı kəskin azalıb

Azərbaycan avtomobil istehsalı kəskin azalıb
# 15 sentyabr 2017 15:07 (UTC +04:00)

2017-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 169,4 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 32,4%, sair nəqliyyat vasitələrinin istehsalı isə 23,7% artıb.

Səkkiz ay ərzində fəvvarə armaturunun istehsalı 91,6%, minik avtomobillərinin istehsalı 74,8%, yük avtomobillərinin istehsalı 98,9% azalıb, ştanqlı quyu nasoslarının istehsalı 11,2 faiz, xüsusi təyinatlı kommunal maşınların istehsalı 98,6%, traktorların istehsalı 50,3% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR