Bank Of Baku

Abşeronda avtomobildə mübahisə edən qadın özünü yola atıb

Abşeronda avtomobildə mübahisə edən qadın özünü yola atıb
# 09 fevral 2022 04:55 (UTC +04:00)

Abşeron rayonu Mehdiabad qəsəbəsində ailə münaqişəsi zəmnində qadın ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsi, sovxoz ərazisində baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü Hüseynova Aytac Əbülfəz qızı avtomobil hərəkətdə olan zaman sükan arxasında olan həyat yoldaşı ilə mübahisə edib.

Daha sonra qadın özünü avtomobildən yerə atıb.

O, ağır kəllə beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR