Səhiyyə Nazirliyi: İnsanlar xəstəliklə bağlı ilk hara müraciət edəcəklərini bilmirlər

Səhiyyə Nazirliyi: İnsanlar xəstəliklə bağlı ilk hara müraciət edəcəklərini bilmirlər
# 01 fevral 2017 09:57 (UTC +04:00)

Son 2 ildə Səhiyyə Nazirliyinin “9103-Qaynar xətt” xidmətinə 30576 müraciət daxil olub.

APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzinin koordinatoru Nailə Daşdəmirova deyib ki, müraciətlərin 62%-i (19 008) sorğu xarakterli olub. Mərkəzin fəaliyyət göstərdiyi iki ildə ümumilikdə bu quruma 61452 vətəndaş müraciət edib: “Müraciətlərin 43062-si (70%) sorğu xarakterli, 8299-u (14%) müalicə ilə əlaqədardır. Bu müddətdə vətəndaşlardan yalnız 365 şikayət daxil olub. Şikayətlər araşdırılıb, bəziləri əsassız sayılıb, digərləri ilə bağlı müvafiq tədbirlər görülüb”.

Mərkəz əməkdaşı əlavə edib ki, insanlar hər hansı xəstəlikləri ilə bağlı ilk olaraq hara müraciət edəcəyini bilmir: “Müraciətlər ilk növbədə poliklinika səviyyəsindən başlamalıdır. Vətəndaş heç bir göndəriş olmadan birbaşa xəstəxanaya getdikdə və qəbul edilmədikdə sonradan müxtəlif problemlər meydana çıxır. Şikayətlər paytaxt və regionlar üzrə bərabərdir”.

Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzinin əməkdaşı Sevda Qafarova isə vurğulayıb ki, "Qaynar xətt"ə əsasən tibbi yardımın təşkili ilə bağlı müraciətlər olur: “Müxtəlif ölkələrdən də bu xəttə müraciətlər edilir. Bir müddət öncə Gürcüstanda yaşayan ailənin əkiz övladı olub və onların Azərbaycana gətirilməsi üçün müraciət etmişdilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR