Dövlət qulluqçularına verilən elmi məzuniyyət yaradıcılıq məzuniyyəti ilə əvəz olunur

Dövlət qulluqçularına verilən elmi məzuniyyət yaradıcılıq məzuniyyəti ilə əvəz olunur
# 15 sentyabr 2017 14:21 (UTC +04:00)

Azərbaycanda dövlət qulluqçularına verilən elmi məzuniyyətlər yaradıcılıq məzuniyyəti ilə əvəzlənir.

APA-nın məlumatına görə, bununla bağlı “Dövlət qulluğu haqqında” qanunun 19-cu maddəsinə (Dövlət qulluqçusunun əsas hüquqları) dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, dövlət qulluqçusuna verilən məzuniyyətlər sırasında elmi məzuniyyət ləğv edilərək, yaradıcılıq məzuniyyəti ilə əvəzlənir.

Layihə Milli Məclisin Elm və təhsil komitəsinin sentyabrın 18-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR