Azərbaycan nümayəndə heyəti 12-ci Ali Təhsil Sammitində iştirak edir

Azərbaycan nümayəndə heyəti 12-ci Ali Təhsil Sammitində iştirak edir
# 10 noyabr 2016 14:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gündən Hindistanın Yeni Dehli şəhərində 12-ci Ali Təhsil Sammiti (XII FICCI Higher Education Summit 2016) öz işinə başlayıb. Təhsil NAzirliyindən APA-ya verilən xəbərə görə, sammitdə dünyanın 100-dən çox ölkəsindən nümayəndə heyəti iştirak edir. Sammitə Amerika, Avropa, Asiya, Yaxın Şərq, Afrika və digər regionlardan nümayəndələr, universitet rəhbərləri, təhsil bağlı qurumlar qatılıb. Eləcə də tədbirdə dövlət rəsmilərinin, diplomatların, biznes qurumlarının nümayəndələrinin, tələbələrin, tanınmış təhsil ekspertlərinin iştirakı nəzərdə tutulub.

Tədbirdə Azərbaycandan Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Bakı Dövlət Universitetinin prorektoru İradə Əliyeva və 5 nömrəli Bakı Peşə Liseyinin əməkdaşı Bahar Əsgərova iştirak edir. Sammitdə qloballaşan dünyada ali təhsilin inkişaf istiqamətləri, elm, ali təhsil və sənaye əlaqələrinin yeni səviyyədə qurulması yolları müzakirə edilir.

Sammit noyabrın 12-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR