Hüquq müdafiəçiləri İnsan Alverinə Qarşı Mübarizə İdarəsində monitorinq keçiriblər

Hüquq müdafiəçiləri İnsan Alverinə Qarşı Mübarizə İdarəsində monitorinq keçiriblər
# 03 avqust 2015 09:39 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, idarənin müvəqqəti saxlanma yerində bir qadın olub: “Həmin qadın insan alverində təqsirləndirilərək azadlıqdan məhrum edilib. Hazırda məhkumluq həyatı yaşayan həmin qadın prokurorluq tərəfindən dindirilmək üçün idarəyə gətirilib. O, saxlanma şəraitindən heç bir şikayəti olmadığını dedi”.

E. Behbudov daha sonra İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevlə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR