Tramp iki Koreya arasındakı demilitarizasiya zonasına gözlənilməz səfər etmək istəyib

Tramp iki Koreya arasındakı demilitarizasiya zonasına gözlənilməz səfər etmək istəyib
# 08 noyabr 2017 01:30 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Cənubi Koreya ilə KXDR arasında demilitarizasiya zonasına gözlənilməz səfər etmək istəyib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət başçısını Asiya turnesində müşayiət edən jurnalistlər bildirib.

Məlumata əsasən, səfərin gerçəkləşməsinə qeyri-sabit hava şəraiti mane olub. Göyərtəsində Trampın olduğu helikopter havaya qalxdıqdan bir müddət sonra Seula geri dönməli olub.

Qeyd edək ki, Cənubi Koreyada səfərdə olan prezident Tramp bu gün Çinə səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR