Britaniya baş nazirinin ticarət elçisi: “CQD layihəsi geosiyasi kontekstdə Azərbaycanın böyük uğurudur”

Britaniya baş nazirinin ticarət elçisi: “CQD layihəsi geosiyasi kontekstdə Azərbaycanın böyük uğurudur”
# 29 may 2018 17:20 (UTC +04:00)

“Cənubi Qafqaz Dəhlizi layihəsi geosiyasi kontekstdə Azərbaycanın böyük uğurudur”.

APA-nın məlumatına görə, bu sözləri Böyük Britaniya baş nazirinin ticarət elçisi Baronessa Nikolson 25-ci Xəzər Neft-Qaz Sərgisi və konfransı çərçivəsində keçirilən qəbulda çıxışında deyib.

“Bu gün Azərbaycanın möhtəşəm uğurunu qeyd edirik. Gördük ki, bir düymənin işə salınması ilə ilk qazın Cənubi Qafqaz Dəhlizinə verilməsi mümkün olub. Bu, 11 ölkənin və SOCAR-ın, eləcə də digər şirkətlərin uğurudur. Bu layihə çərçivəsində çox yaxşı siyasi və texniki bacarıqlar toplanıb və gələcək layihələrdə istifadə edilə bilər”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR