İsmayıl Qəhrəman yenidən TBMM-nin sədri seçilib

İsmayıl Qəhrəman yenidən TBMM-nin sədri seçilib
# 20 noyabr 2017 14:58 (UTC +04:00)

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri postuna seçkilər başa çatıb.

APA-nın məlumatına görə, il iki turda namizədlərdən heç biri deputatların 2/3-nin dəstəyini qazana, yəni 367 səs toplaya bilməyib.

Üçüncü turda 50%+1, yəni minimum 276 səs qazanmaq yetərli olduğu üçün bu turda 289 səs toplayan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi İsmayıl Qəhrəman yenidən TBMM-nin sədri seçilib.

Xatırladaq ki, AKP-nin birinci və ikinci turda iştirak edən ehtiyat namizədi Tamer Dağlı üçüncü turdan əvvəl namizədliyini geri götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR