Əfqanıstanda 14 nəfər donvurma nəticəsində ölüb

Əfqanıstanda 14 nəfər donvurma nəticəsində ölüb
# 19 fevral 2017 09:15 (UTC +04:00)

Ötən sutka ərzində Əfqanıstanın şimalında donvurma nəticəsində 14 nəfər ölüb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, Cauzcan əyalətinin Darzab dairəsində 5 çoban güclü qar yağışı və soyuqlar nəticəsində donaraq ölüb.

Sari-Pul əyalətində 5 nəfər, Badaxşan əyalətində 4 nəfər donvurmanın qurbanı olub. Ölənlər arasında uşaqlar da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR