Xətai prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Xətai prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 18 may 2018 14:09 (UTC +04:00)

Xətai prospektində piyada zolaqlarının və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, sözügedən hissədə bu gün axşam saat 22:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

“Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR