Ukraynada azsaylı xalqlar Ermənistan da daxil olmaqla bir neçə dövlət ilə bağlı BMT-yə etiraz bəyanatı ünvanlayıb

Ukraynada azsaylı xalqlar Ermənistan da daxil olmaqla bir neçə dövlət ilə bağlı BMT-yə etiraz bəyanatı ünvanlayıb
# 29 dekabr 2016 10:54 (UTC +04:00)

Ukraynada yaşayan az saylı xalqlar Ermənistan da daxil olmaqla bir sıra dövlətlər ilə bağlı BMT-yı etiraz bəyanatı ünvanlayıblar. Ukrayna Millətlər Assambleyasından APA-ya verilən məlumata görə, bəyanatda Ukraynanın BMT Baş Assambleyasının Üçüncü Komitəsi (sosial, humanitar və mədəniyyət məsələləri üzrə) tərəfindən təsdiq edilmiş Krım üzrə qətnamə layihəsinin əleyhinə səs verən ölkələrinin qərarı pislənir.

Yarımadada insan hüquqları sahəsindəki vəziyyətin beynəlxalq monitorinqinə çağıran sənəd nəzərdən keçirilməsi üçün Baş Assambleyaya təqdim olunub. BMT üzvü olan dövlətlərin iştirak etdiyi səsvermədə layihənin lehinə 73, əleyhinə 23 dövlət səs verib, 76 ölkə isə bitərəf qalıb. Layihənin lehinə səs verənlər Avropa ölkələrinin əksəriyyəti və ABŞ, əleyhinə səs verənlər isə Rusiya, Çin, Ermənistan, Serbiya, Kuba və başqaları olub. Bəyanatda bildirilir: “Halbu ki, noyabrın 11-də Ukrayna və Ermənistan prezidentləri telefon danışığında erməni prezident iki dost ölkə arasında dialoq prosesi başlandığını, Ukraynanın ərazi bütövlüyünü tanıdığını rəsmən bildirib. Demək ki, Ermənistan prezidenti sözünü tuta bilməyib”.

Qətnamə layihəsində BMT baş katibinə insan haqları sahəsində vəziyyətə nəzarət etmək üçün mövcud olan regional və beynəlxalq missiyaların öz mandatını həyata keçirmək məqsədilə Krıma təhlükəsiz və maneəsiz çıxış imkanını təmin etmək üçün yollar və vasitələr axtarmaq təklif edilir. Ümumiyyətlə, layihə Krım yarımadasında insan hüquqlarının, o cümlədən Krım tatarlarının, ukraynalıların və digər etnik-dini qruplara mənsub şəxslərin hüquqlarının pozulmasını pisləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR