Hacıqabulda avtomobil aşıb, iki nəfər xəsarət alıb

Hacıqabulda avtomobil aşıb, iki nəfər xəsarət alıb
# 24 oktyabr 2017 06:58 (UTC +04:00)

Bu gün səhər saatlarında Bakı-Qazax yolunun 110-cu kilometrliyində, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, “KamAZ” markalı yük maşını ilə toqquşan “Lada” markalı minik avtomobili yoldan çıxaraq, aşıb. Nəticədə iki nəfər xəsarət alıb. Həmin şəxslər Şirvan Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR