Qəbələdə əmək yarmarkası keçirilib

Qəbələdə əmək yarmarkası keçirilib
# 18 may 2018 13:36 (UTC +04:00)

Qəbələ rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə əmək yarmarkası olub. APA-nın yerli bürosunun xəbərinə görə, rayon mədəniyyət mərkəzində keçirilən yarmarkada vətəndaşlara 34 idarə, müəssisə və təşkilat tərəfindən 210 boş iş yeri təqdim olunub.

Boş iş yerlərinə görə vətəndaşlara 150-600 manat məbləğində əmək haqqı təklif olunub. Yarmarkada iştirak edən 360 nəfər iş axtaran və işsiz vətəndaşdan 71-i öz istəyinə və ixtisasına uyğun olaraq işə göndəriş alıb. Vətəndaşlar əsasən sənaye, təhsil və səhiyyə müəssisələrində, xidmət təşkilatlarında, tikinti sahəsində, turizm obyektlərində işlə təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR