Bu il Cənubi Qafqaz Boru Kəməri ilə gündəlik 20 mln. kubmetr qaz ötürülüb

Bu il Cənubi Qafqaz Boru Kəməri ilə gündəlik 20 mln. kubmetr qaz ötürülüb
# 18 noyabr 2016 10:50 (UTC +04:00)

2016-cı ilin ilk üç rübü ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətlərə təqribən 21 mln. dollar əməliyyat xərcləri və 764 mln. dollar əsaslı xərclər sərf edilib.

“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, 2016-cı ilin üç rübü ərzində CQBK-nin gündəlik orta ötürücülüyü təqribən 20 mln. kubmetr qaz olub.

Qeyd edək ki, bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır. CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

Xatırladaq ki, Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), AzCQBK (10%), Cənub Qaz Dəhlizi Midstrim (6,7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%) və TPAO (19%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR