Ağcabədidə ev yanıb, 5 nəfər xilas edilib - YENİLƏNİB

Ağcabədidə ev yanıb, 5 nəfər xilas edilib - <span style="color: red;">YENİLƏNİB
# 08 dekabr 2017 12:05 (UTC +04:00)

Ağcabədi rayonunda evdə baş verən yanğın zamanı bir ailənin beş üzvü xilas edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Boyad kənd sakini Maya Hüseynovanın evində yanğın başlayan zaman ailə üzvləri yuxuda olub. M. Hüseynova, gəlini və 2 nəvəsi yanğından xəbər tutanda evin giriş qapısı alovlandığı üçün bayıra çıxa bilməyiblər. Evini yandığını görən qonşular hadisə yerinə yanğınsöndürənləri çağırıblar.

Yanğınsöndürənlər ailə üzvlərini xilas edə biliblər.

Yanğın söndürülüb. Yanğının elektrik naqillərində yaranan qısaqapanmadan meydana gəldiyi ehtimal olunur.

***

09:59

Ağcabədi rayonunun Boyad kəndində ümumi sahəsi 160 m2 olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 2 otağın, aynabəndin yanar konstruksiyaları və dam örtüyü 80 m2 sahədə yanıb.

FHN-dən APA-ya verilən məlumata görə, yanğın zamanı 5 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.

Evin 1-ci mərtəbəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR