Azərbaycan Gürcüstana neft və neft məhsulları ixracını 44% azaldıb

Azərbaycan Gürcüstana neft və neft məhsulları ixracını 44% azaldıb
# 20 aprel 2017 09:25 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycandan Gürcüstana ümumi dəyəri 14 mln. 577,9 min ABŞ dolları olan 29 min 160,1 ton neft və neft məhsulları ixrac edilib. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın Statistika Xidmətinin açıqladığı hesabatda qeyd edilib.


Rəqəmlərin təhlili göstərir ki, bu, ötən ilin yanvar-mart ayları ilə müqayisədə həcm baxımından 22 min 841,4 ton və ya 43,92% azdır. Məbləğ baxımından isə bu rəqəm 1 mln. 273,9 min dollar və ya 8,04% azdır.


Qeyd edək ki, 2016-cı ilin yanvar-mart aylarında Azərbaycandan Gürcüstana 15 mln. 851,8 min dollar dəyərində 52 min 1,5 ton neft və neft məhsulları ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR