Çin Xarici İşlər naziri ABŞ-ı dünyada sabitliyin əsas pozucusu adlandırıb

Çin Xarici İşlər naziri ABŞ-ı dünyada sabitliyin əsas pozucusu adlandırıb
# 23 noyabr 2019 17:08 (UTC +04:00)

Çin Xarici İşlər naziri Van İ ABŞ-ı dünyada sabitliyin pozulmasının əsas mənbəyi adlandırıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Çin Xarici İşlər niderlandlı həmkarı Stef Blokla görüşdə deyib ki, Vaşinqton son dövrlər tez-tez beynəlxalq normalara zidd birtərəfli addımlar atır.

Van İ ABŞ-ın çoxtərəfli mexanizmlərə, o cümlədən ticarətə zərbə vurduğunu bildirib: "ABŞ dünyanın ən böyük dövləti kimi çıxış edir, buna görə də dünyada sülhün qorunması üçün böyük məsuliyyət daşıyır. Vaşinqton beynəlxalq normalara uyğun hərəkət etməlidir. ABŞ son dövrlər Çin şirkətlərinə təzyiqləri artırıb və açıq hegevonluq metodlarına yönəlir. Eyni zamanda Çinə böhtan atmağa çalışır, Honkonqda stabilliyə zərbə vurur. ABŞ özü BMT-nin Nizamnaməsini, beynəlxalq münasibətlərin əsas prinsiplərini pozur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR