BDU-nun əməkdaşlarına Prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM

BDU-nun əməkdaşlarına Prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM
# 25 noyabr 2019 18:04 (UTC +04:00)

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, sərəncamla Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

Abdullayev Sərhəddin Qubaddin oğlu

Göyçayskiy Şövqisəfa Yusifziya oğlu

Quliyev Akif Ələkbər oğlu

Rüstəmov İzzət Əşrəf oğlu.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR